13:11 29-11-2020
news_image
209
FUTBOL

Namaşko və Stamenkoviç niyə oynamır? – koronavirus, yoxsa...

Azərbaycan Premyer Liqasının XI turunun “Keşlə” – “Sabah” matçında heyətlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, hər iki komanda qarşılaşmaya əsas qapıçısı olmadan çıxacaq.

Meydan sahibləri Stanislav Namaşko, qonaqlar isə Saşa Stamenkoviçin xidmətindən yararlanmayacaq. Hər iki qapıçı əvvəlki 10 turu əvəzolunmadan keçirib. 

Legioner qolkiperlərin heç biri cəzalı durumda deyil. Amma buna baxmayaraq onların adları “23-lük”də də yoxdur. Bu isə onların koronavirusa yoluxma ehtimalını yaradır. Böyük ehtimalla onlar da adları açıqlanmayan infeksiyaya yoluxmuşlar sırasında yer alıb.

Eyni sözləri 10 turun hamısında meydana çıxan Xulio Sezar Rodriges haqda da demək olar. Paraqvaylı əvəzolunmaz futbolçular siyahısında yer almasa da, bütün görüşlərdə şans qazanıb. Bu dəfə isə o da “Sabah”ın “23-lüy”ündən kənardadır.

Qeyd edək ki, saat 14:00-da başlayacaq görüşdə “Keşlə”nin qapısını Kamal Bayramov, “Sabah”ınkını Alvaro Villette qoruyacaq.