14:29 29-11-2020
news_image
157
FUTBOL

Azərbaycanlı konkisürən özünə proqram hazırlayıb – karantin dövründə

“Bir neçə il əvvəl valideynlərimin məşq keçdiyi uşaq üçün proqram tərtib etdim. Artıq bir neçə aydır ki, öz məşqimdən əvvəl və ya hazırlıqlar arasında uşaqlar üçün proqram qururam”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

Rusiya mətbuatına müsahibə verən idmançı bildirib ki, öz çıxışlarının proqramını özü tərtib edir: “Uşaqların valideynləri işimə müsbət yanaşdı. Öz məşqçilərim Aleksandr Volkov və həyat yoldaşı Martina mənə onların qrupunda hazırlıq keçən uşaqlarla işləmək imkanı yaratdı. Onlar bilirdi ki, mən proqram tərtib edirəm. Üstəlik, özüm üçün də sərbəst proqramı hazırladım. Proqramımı dəyişmək lazım idi. Yeniyetmələrin dünya çempionatından sonra böyüklərin mundialına hazırlaşırdım. Amma həmin turniri də ləğv etdilər. Öz proqramım olmadan otura bilmirəm. Karantindən sonra daim işə uyğunlaşmaq lazımdır. Qərara gəldim ki, döşəmə üzərində hazırlıq keçərək özümə proqram qurum. 3 aydan sonra bu barədə məşqçilərə dedim. Martina belə edəcəyimi gözlədiyini dedi. O təklif etdi ki, proqramı göstərim və üzərində işləyək. Karantin başlayandan bir ay sonra proqram üzərində çalışmağa başladım. Məşqçilər isə bilmirdi. Sonra buz üzərinə çıxdım və dedim ki, bir proqramı xatırlayıram, sərbəst çıxışım da var”.