16:08 29-11-2020
news_image
308
FUTBOL

Qurban Qurbanovun səhhətində problem – koronavirus şübhəsi

Ağdamın “Qarabağ” klubu Premyer Liqanın XI turunun oyununa baş məşqçisiz çıxıb.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov “Səbail”lə bu gün keçirilən qarşılaşmada iştirak etmir.

Bir gün öncə komanda ilə Ağdama da yollanmayan mütəxəssis kimi oğlu Musa Qurbanlı da kənarda qalıb. Sonuncu Avropa Liqasının “Sivasspor”la Türkiyədəki görüşündə də “23-lük”də deyildi.

Musanın Azərbaycan millisinin düşərgəsindən qayıtması koronavirusa ehtimalı yaradır. Çünki yığmanın düşərgəsində infeksiya yayılmışdı.

Həm Qurbanov, həm də Qurbanlının “Səbail”lə matçı buraxması da eyni şübhələrə əsas verib. Onların özlərini yaxşı hiss etmədiyi bildirilsə də, bunun koronavirusla bağlılığı da istisna deyil.

Qeyd edək ki, Qurbanov stadionda olmasa da, adı oyunun protokoluna qeyd olunub.