21:32 29-11-2020
news_image
301
FUTBOL

Messi qolu Maradonaya həsr etdi, sarı vərəqə aldı - FOTO

İspaniyanın “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi La Liqanın XI turunda vurduğu qolu əfsanəvi Dieqo Maradonaya həsr edib.

Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu “Osasuna” ilə matçda (4:0) vurduğu qoldan sonra formasını çıxarıb.

33 yaşlı cənubi amerikalı altda “Nyuels Old Boys”un 10 nömrəli formasını geyinib. Bu, noyabrın 25-də dünyasını dəyişən Maradonanın xatirəsinə həsr olunmuş addım olub. Matçın baş hakimi Antonio Migel Mateu Lahoz bu hərəkətə görə Messiyə sarı vərəqə verib.

Qeyd edək ki, Messi “Nyuels Old Boys”un yeniyetmə komandasında oynayıb. Maradona isə 1993-cü ildə bu klubun şərəfini qoruyub. 2008-10-cu illərdə Lionel milli komandada əfsanəvi həmyerlisinin rəhbərliyi altında çıxış edib.