22:39 29-11-2020
news_image
122
FUTBOL

15 illik həsrətə son – derbidə yenə eyni hesab

Türkiyə Super Liqasının X turunda “Fənərbaxça” ilə qarşılaşan “Beşiktaş” 15 illik həsrətə son qoyub.

Apasport.az saytının məlumatına görə, 4:3 hesablı qələbə qazanan “ağ-qaralar” 2005-ci ildən sonra ilk dəfə rəqib meydanında qalib gəlib.

“Beşiktaş”ın “Fənərbaxça” üzərində İstanbul derbisindəki son səfər qələbəsi də eyni hesabla olub. Həmin vaxt qonaqlar yeddi qolun vurulduğu matçda 4:3 hesabına sevinib.

2005-ci aprelin 17-dəki görüşdən sonra “Fənərbaxça” çempionat və kubokda ümumilikdə 18 dəfə rəqibini evdə qəbul edib. Bunların 11-də qalib gələn “sarı-lacivərdlilər” 7 heç-heçə edib.