02:14 30-11-2020
news_image
176
FUTBOL

39 ilin antirekordu – “Arsenal”dan

İngiltərənin “Arsenal” klubu Premyer Liqanın X turunda “Vulverhempton”a 1:2 hesabı ilə uduzub.

Apasport.az saytının məlumatına görə, “topçular” ilk 10 matçda cəmi 13 xal toplayıb.

Bu, London klubunun tarixində son 39 ilin ən zəif göstəricisidir. Uğursuz start sonuncu dəfə 1981/82 mövsümündə qeydə alınıb. Həmin vaxt komanda 12 xal toplayıb.

Qeyd edək ki, “Arsenal” turnir cədvəlində 14-cüdür.