10:04 30-11-2020
news_image
93
FUTBOL

“Qarabağ”la matçda zəfər bu işin gözəl tərəfi olar” - Yonatan Kohen

“Liqada ən yaxşı oyunumuzu keçirdik. Hətta “Vilyarreal”la heç-heçə etdiyimiz matçdan da daha önəmli qələbə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu İsrailin Təl-Əviv “Makkabi”sinin hücumçusu Yonatan Kohen ölkə çempionatının VIII turunda Kfar-Saba “Hapoel”i üzərində 3:0 hesablı qələbə qazandıqları oyun barədə danışarkən deyib.

24 yaşlı forvard Avropa Liqasının V turunda “Qarabağ”la keçiriləcək oyun barədə də fikirlərini bölüşüb: “Cümə axşamı əsas oyunumuz olacaq. Qələbə qazansaq, xallarımızın sayını 10-a çatdıracağıq və növbəti mərhələyə vəsiqə şansını artıracağıq. Bu, əksər futbolçularımız üçün böyük an olar. “Qarabağ”la matçda zəfər bu işin gözəl tərəfi olar”.

Qeyd edək ki, “Qarabağ” – “Makkabi” görüşü dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.