10:56 30-11-2020
news_image
91
FUTBOL

Avropanın ən yaxşısı – “Atletiko”

Avropada “Top-5” liqaların ən yaxşı klubunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə, İtaliya, İspaniya, Almaniya və Fransa çempionatlarında geridə qalan turlardan sonra “Atletiko” ən çox xal toplayan komandadır.

Madrid təmsilçisi 9 matçda 23 xal toplayıb ki, bu da orta hesabla hər görüşə 2,55 xal edir. Yalnız “Milan” eyni göstəricilərə imza atıb. Ancaq “rossonyerlər” top fərqinə görə geri qalır. A seriyası təmsilçisində müsbət 13-dürsə, La Liqa klubu 17 top fərqi ilə öndədir.

Dieqo Simeonenin yetirmələri eyni zamanda ən yaxşı müdafiə olunan kollektivdir. Cəmi 2 top buraxan “Atletiko”nu Bundesliqanın 9 görüşündə qapısında 6 qol görən “Leypsiq” izləyir.

Qeyd edək ki, “Atletiko” hazırda La Liqada 2-ci pillədə qərarlaşsa da, ehtiyatında iki oyun var.