11:01 30-11-2020
news_image
130
FUTBOL

Baş məşqçisini istefaya göndərdi – Super Liqa klubu

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, “Ərzurum BB” Mehmet Özdileklə yollarını ayırıb.

Super Liqanın X turunda “Antalyaspor”la heç-heçədən (2:2) sonra rəhbərlik 54 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onu kimin əvəz edəcəyi hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, 9 oyunda 9 xal toplayan “Ərzurum BB” turnir cədvəlinin 17-ci pilləsində yer alıb.