12:03 30-11-2020
news_image
147
FUTBOL

Kavani cəzalandırılacaq – irqçiliyə görə

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Edinson Kavani haqda araşdırmaya başlanılıb.

Apasport.az saytının məlumatına görə, buna uruqvaylı futbolçunun irqçi ifadə işlətməsi səbəb olub.

Premyer Liqanın X turunda 2 qol, 1 assistlə “Sauthempton” üzərində əzmkar qələbənin (3:2) memarı olan forvard qarşılaşmadan sonra instaqram səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə “təşəkkür edirəm, qara” cavabını verib. Düzdür, 33 yaşlı oyunçu sonradan yazdığını silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.

Kavaninin bu səbəbdən 3 oyunluq diskvalifikasiya olunması gözlənilir.