12:36 30-11-2020
news_image
79
FUTBOL

Ukraynaya 6 itki ilə yollandı – “Real”

Çempionlar Liqasının V turunda Donetsk “Şaxtyor”unun qonağı olacaq İspaniyanın “Real” klubu Ukraynaya ciddi itkilərlə yollanıb.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 6 futbolçunu iştirak ərizəsinə salmayıb.

Bunlar Serxio Ramos, Alvaro Odriozola, Federiko Valverde, Luka Yoviç, Daniel Karvahal və Eden Azardır. Son iki oyunçu La Liqanın XI turunda “Alaves”lə (1:2) qarşılaşmada zədələnərək sıradan çıxıb. İtkilərin fonunda yalnız Eder Militao və Kərim Benzema sağalaraq heyətdə yer alıb.

Qeyd edək ki, sabah Kiyevdə keçiriləcək “Şaxtyor” – “Real” oyunu Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.