13:08 30-11-2020
news_image
143
DİGƏR NÖVLƏR

Millimizdə hansı şərtlərlə iştirak etdiyini açıqladı - Yekaterina Ryabova

“Azərbaycan Fiqurlu Konkisürmə Federasiyası ilə daim sıx təmasdayıq. Onlar məsləhətlərini, tövsiyələr verir, iradlarını qeyd edir”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin fiqurlu konkisürəni Yekaterina Ryabova deyib.

Rusiya mətbuatına müsahibə verən idmançı federasiya tərəfindən aldığı dəstəyə də toxunub: “Maliyyət dəstəyi planında mənə ötən il sponsor tapdılar. Əgər mən başqa ölkələrə turnirlərə gedirəmsə, mənim yol və otel xərclərim ödənilir”.