13:20 30-11-2020
news_image
102
FUTBOL

Menecerini xəbərdar etdi - “İnter”dən getmək üçün

İtaliyanın “İnter” klubunun hücumçusu Lautaro Martines komandasını dəyişmək fikrinə düşüb.

Apasport.az saytının məlumatına görə, argentinalı forvard yeni klub axtarışı üçün meneceri Xorxe Mendesi xəbərdar edib.

Hətta milanlıların maaşın ikiqat artırılması təklifi də 23 yaşlı oyunçunun qərarını dəyişmir. O, ölkə çempionatında və Çempionlar Liqasında titul uğrunda mübarizə aparan klublardan birinə keçmək niyyətindədir.

Qeyd edək ki, futbolçunun meneceri bir müddət əvvəl bildirib ki, Martines “Barselona”dakı həmyerlisi Lionel Messi ilə eyni komandada oynamaq arzusundadır.