14:21 30-11-2020
news_image
164
FUTBOL

Premyer Liqa tarixinə düşdü – “Mançester Yunayted”

“Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” X turda “Sauthempton”la səfər matçında buna nail olub.

Sauthemptondakı görüşdə 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, yekunda 3:2 hesablı qələbə qazanan Ole-Qunnar Sulşerin yetirmələri son 4 səfər matçında əzmkar qalibiyyət əldə edərək, bunu bacaran ilk Premyer Liqa klubu ünvanına sahib çıxıb.

“Mankunianlar” “Brayton” (3:2), “Nyukasl” (4:1) və “Everton”la (3:1) səfər qarşılaşmasında da ilk qolu buraxan tərəf olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.