17:04 30-11-2020
news_image
149
FUTBOL

3-cü ayrılıq - “Keşlə”də

Bakının “Keşlə” klubu yarımmüdafiəçisi Şohrux Qadoyevlə yollarını ayırıb.

Bu barədə apasport.az saytına özbəkistanlı futbolçu özü məlumat verib.

29 yaşlı hücumameyilli oyunçu paytaxt təmsilçisi ilə mövsümün sonuna qədər olan müqaviləsinə xitam verildiyini söyləyib. Qadoyev Premyer Liqa klubuna bu ilin yanvarında ölkəsinin “Bunyodkor” klubundan keçib.

Qeyd edək ki, “Keşlə” bu gün iki braziliyalı futbolçusu – müdafiəçi Artur Batista və yarımmüdafiəçi Alvaro Tavareşlə vidalaşdığını açıqlayıb.