22:39 30-11-2020
news_image
212
FUTBOL

Yeni iş yeri tapdı – Ceyhun Sultanov

“Neftçi”nin sabiq idman direktoru Ceyhun Sultanovun yeni iş yeri məlum olub.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis karyerasını “Keşlə”də davam etdirəcək. 

O, Bakı təmsilçisində də idman direktoru vəzifəsində çalışacaq (sportinfo.az).

Qeyd edək ki, Sultanov "Sumqayıt"da da işləyib. O, burada baş menecer funksiyasını yerinə yetirib.