22:14 30-11-2020
news_image
195
DİGƏR NÖVLƏR

Türkiyə ordusunun minaaxtaranları işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələrinin mina və əldə düzəldilmiş partlayıcı qurğuların zərərsizləşdirilməsi üzrə mütəxəssisləri Azərbaycan Ordusuna işğaldan azad edilmiş ərazilərimizdə köməklik göstərməyə başlayıb.

APA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, türkiyəli hərbi mütəxəssislər həmin ərazilərin minalardan və partlayıcı qurğulardan təmizlənməsi işini həyata keçirəcək və mühəndis bölmələrimizə tədris məşğələləri təşkil edəcək.

Göstərdiyi dəstəyə görə qardaş Türkiyə Milli Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.