09:38 01-12-2020
news_image
147
FUTBOL

17 yaşlı futbolçu üçün 19 milyonluq təklif – Premyer Liqa klubundan

İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Argentinanın “Estudiantes” klubunun yarımmüdafiəçisi Dario Sarmentonu transfer etmək istəyir.

Mançesterlilər 17 yaşlı istedad üçün 19 milyon avro təklif edib. Dario “şəhərlilər”ə keçməyə razılıq verib. O, 2021-ci ilin iyununda İngiltərəyə yollanaraq gələcək karyerası barədə danışıqları yekunlaşdırmalıdır.