10:33 01-12-2020
news_image
117
FUTBOL

“-2” - “Sumqayıt”da

“Sumqayıt” klubu itkilərlə üzləşib.

Apasport.az saytının məlumatına görə, “Gənclik şəhəri” təmsilçisi iki futbolçusunun xidmətindən məhrum olub.

Bunlar Vurğun Hüseynovla Eltun Turabovdur. Hər iki futbolçu cəzalı duruma düşüb.

Onlar Premyer Liqanın XII turunun “Qəbələ” ilə görüşündə sarı vərəqə alıb. Bu, futbolçuların mövsümdə 4-cü xəbərdarlığı olub. Bu üzdən Vurğunla Eltun XIII turun “Zirə” ilə görüşünü buraxacaq.

Qeyd edək ki, XIII turu daha üç futbolçu buraxmalı olacaq. Bunlar “Keşlə”nin qırmızı vərəqə alan oyunçuları İlkin Qırtımovla Con Kamara və 4 sarı vərəqəsi olan “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalovdur.