11:26 01-12-2020
news_image
139
FUTBOL

“Liverpul” müdafiəçi tapdı – “Real”dan alır

İngiltərənin “Liverpul” klubu müdafiəçi axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, zədə səbəbindən arxa xətdə ciddi problemlərlə üzləşən Premyer Liqa təmsilçisi Eder Militaonu almağa qərar verib.

Mersisaydlılar braziliyalı 22 yaşlı müdafiəçinin keçidi ilə bağlı İspaniya “Real”ı ilə danışıqlara başlayıb. Militaonun transferinin 40 milyon avroya başa gələcəyi gözlənilir. 

Qeyd edək ki, “Liverpul” Vircil van Diyk və Co Qomesi uzun müddətə itirib.