
00:26
Fransa milli komandasının və PSJ-nin futbolçusu Killian Mbappeni transfer etmək niyyətində olan İspaniya “Real”ı bu keçidin reallaşmasında çətinliklə üzləşib.
Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyasının Madrid təmsilçisində yaratdığı maliyyə çətinlikləri transferin 2021-ci ilin yayında gerçəkləşməsini mümkünsüz edib.
Bu səbəbdən də “Real” Paris təmsilçisinə oyunçu dəyişikliyi təklif edib. Madridlilər yarımmüdafiəçisi Eden Azarı Fransa klubuna göndərməyə hazırdır. Belçikalının PSJ-yə keçidi Mbappe üçün daha az ödənməsinə imkan verəcək.