14:28 01-12-2020
news_image
137
FUTBOL

AFFA qərarını açıqladı - “Keşlə”nin hakimi təhqir edən futbolçusu ilə bağlı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer Liqasının XI turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Sabah”la matçda qırmızı vərəqə alan “Keşlə” futbolçularının cəzaları fərqli olub. Qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir edən İlkin Qırtımov 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub. İkinci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan Con Kamara isə 1 matçlıq diskvalifikasiya və  200 manat cəriməyə məruz qalıb.

“Sumqayıt” – “Qəbələ” oyununda hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar hərəyə 800 manat cərimələnib.