14:37 01-12-2020
news_image
106
FUTBOL

5 oyunluq cəzalandırıldı – “Kəpəz”in baş məşqçisi

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə diskvalifikasiya olunub.

Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi təcrübəli mütəxəssisi 5 oyunluq cəzalandırıb.

Buna onun I divizionun VII turunun “Kəpəz” – “Turan Tovuz” oyunundakı hərəkəti səbəb olub. Hakimi təhqir edən baş məşqçi klubu da 400 manat cəriməyə məruz qoyub.