14:59 01-12-2020
news_image
125
FUTBOL

“Sumqayıt”la başladı, “Səbail”lə 50-yə çatdı - Abdullah Zubir

“Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi yubileyini “Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib. 

O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. 

Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.