16:01 01-12-2020
news_image
168
FUTBOL

Çempionlar Liqası tarixində ilk - “Sevilya” – “Çelsi” oyununda

Bu gün keçiriləcək “Sevilya” – “Çelsi” qarşılaşması Çempionlar Liqası tarixində ilklə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin V turunun oyununda VAR stadiondan kənarda fəaliyyət göstərəcək.

Bu, Çempionlar Liqası tarixində ilk belə hadisədir. Videoassistentlər UEFA-nın İsveçrədəki mənzil-qərargahında işləyəcək. Ehtiyat variant kimi arenada da əlavə videoassistentlər olacaq ki, onlar zərurət yaransa “səhnəyə çıxacaq”. Portuqaliyalılar Tyaqu Lopeş və Luiş Branko Nyonda, italiyalılar Paolo Valeri və Çiro Karbone stadionda olacaq. 

Qeyd edək ki, əksər daxili yarışlarda VAR sistemi mərkəzləşdirilmiş qaydada tətbiq olunur.