16:32 01-12-2020
news_image
177
FUTBOL

“Qəbələ”dən getdi – İspaniya klubuna

“Qəbələ”dən ayrılan Rodriqo Qattasın yeni klubu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisindən bu günlərdə vidalaşan çilili futbolçu karyerasını İspaniyada davam etdirəcək.

“Montijo” klubu mərkəz hücumçusunu heyətinə qatdığını açıqlayıb. 6 turdan sonra 16 xalla 4-cü liqada lider olan komanda hücum xəttini Rodiro ilə gücləndirməyi lazım bilib.

Qeyd edək ki, Qattas Premyer Liqada cəmi 4 oyun keçirib.