22:09 01-12-2020
news_image
167
FUTBOL

40 illik karyerasını başa vurur - Advokat

Məşhur niderlandlı məşqçi Dik Advokatın karyerasını başa vuracağı tarix müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hazırda “Feyenoord”un baş məşqçisi olan 73 yaşlı mütəxəssis mövsümün sonunda karyerasını bitirməyə qərar verib.

Advokat bu barədə klub rəhbərliyini də indidən məlumatlandırıb. O, bu addımı ona görə atıb ki, Rotterdam təmsilçisi ona əvəzləyici tapa bilsin.  

Məşqçiliyə 1980-ci ildə başlayan mütəxəssis 40 illik zəngin karyerasında bir sıra komandalarda çalışıb. O, PSV ilə Niderland, “Reyncers”lə Şotlandiya, “Zenit”lə Rusiya çempionu olub.

Qeyd edək ki, “Feyenoord” hazırda Niderland çempionatının 4-cü pilləsində qərarlaşıb.