22:47 01-12-2020
news_image
91
FUTBOL

“Barselona” Pikeyə əvəzləyici tapdı – Madrddə

İspaniyanın “Barselona” klubu müdafiə xəttini yeni futbolçu ilə gücləndirmək qərarına gəlib.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi zədələnən Jerar Pikenin yoxluğunu yeni oyunçu ilə hiss etdirməmək niyyətindədir.

Mərkəz müdafiəçisini “Atletiko”nun braziliyalı legioneri Felipe əvəz edə bilər. Barselonalılar Madrid klubunda start heyətinə düşməkdə çətinlik çəkən arxa xətt oyunçusunu icarəyə götürməyi planlaşdırır.

Klub rəhbərliyi cənubi amerikalını yarım illik sıralarına qatmaqda maraqlıdır. “Atletiko” isə üç turnirdə çıxış etmək gücündə olan geniş heyətin üzvümü saxlamaq fikrindədir.