22:25 01-12-2020
news_image
89
FUTBOL

Premyer Liqa oyunu təxirə salındı – koronavirusa görə

İngiltərə Premyer Liqasının “Aston Villa” – “Nyukasl” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Təxirəsalmaya səbəb koronavirus pandemiyasıdır. Qonaqların heyətində kütləvi yoluxmaların olması matçın keçirilməsini mümkünsüz edib. Nəticədə görüş qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, Birminhemdəki qarşılaşma dekabrın 4-də keçirilməli idi.