23:10 01-12-2020
news_image
88
FUTBOL

“Top-10”da – Benzema Skoulza şərik çıxdı

İspaniya “Real”ının futbolçusu Kərim Benzema Çempionlar Liqasında ən çox matç keçirən 10 oyunçu sırasına daxil olub.

Apasport.az saytının məlumatına görə, hazırda “Şaxtyor”la Ukraynada keçirilən görüş fransalının 124-cü qarşılaşmasıdır.

O, bu göstəricidə 10-cu yerə şərik çıxıb. Kərim eyni sayda oyun keçirən Pol Skoulza çatıb.

“Top-10”da İker Kasilyas (177), Kriştiano Ronaldo (172), Xavi (151), Lionel Messi (146), Raul (142), Rayan Giqqz (141), Andres İnyesta (130), Serxio Ramos (126) və Klarens Zeedorf (125) da yer alıb.