
01:56
İspaniyanın “Real” klubu Çempionlar Liqasının qrup mərhələsində Ukrayna “Şaxtyor”undan xal ala bilməyib.
Apasport.az saytının məlumatına görə, Donetsk təmsilçisi turnirin tarixinə “Kral klubu”nu qrupda 2 dəfə məğlub edən 5-ci komanda kimi düşüb.
Niderland “Ayaks”ı 1995/96, Almaniya “Bavariya”sı 1999/2000, İtaliya “Yuventus”u 2008/09, Rusiya MOİK-i 2018/19 mövsümündə “Real”dan 6 xal alıb.
Qeyd edək ki, V turda 2:0 hesablı ev qələbəsi qazanan “Şaxtyor” səfərdə üç xalı üç qolla qazanıb - 3:2.