
15:41
Avropa Liqasının sabah keçiriləcək qrup mərhələsinin V turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, Şahruddin Məhəmmədəliyev, İsmayıl İbrahimli və Xayme Romero avrokuboklarda yubiley oyununun astanasındadır.
Təl-Əviv “Makkabi”si ilə İstanbulda keçiriləcək görüşdə şans qazansa, ispaniyalı legioner 20-ci dəfə qitəmiqyaslı turnirdə meydana çıxacaq. Onun hesabında 19 matç var.
Azərbaycan millisinin üzvləri isə 10-cu avrokubok oyununu gözləyir. Həm Məhəmmədliyev, həm də İbrahimli indiyədək 9 belə qarşılaşmada şans qazanıb.
Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.