11:08 02-12-2020
news_image
86
FUTBOL

Türkiyəyə yollandı - "Qarabağ"

Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionunu İstanbula aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.

Bu gün mətbuat konfransı və matçın baş tutacağı arenada komandanın son məşqi olacaq.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Makkabi” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.