11:18 02-12-2020
news_image
146
FUTBOL

4 yığmanın gözü püşkdə – Millətlər Liqasında

Sabah Millətlər Liqasının final mərhələsinin püşkü atılacaq.

Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə 20:30-da başlayacaq. Tədbirdə 2021-ci ilin oktyabrında keçiriləcək həllediri raundun yarımfinal cütləri bəlli olacaq.

Püşkatmada A liqasının qrup qalibləri İtaliya, Belçika, Fransa və İspaniya iştirak edəcək. Final mərhələsinin meydan sahibi püşkdən öncə keçiriləcək İcraiyyə Komitəsinin yığıncağında təsdiqlənəcək. Lakin bunun üçün müraciət edən üç ölkədən – Niderland, Polşa və İtaliyadan yalnız sonuncular mübarizəni davam etdirdiyindən turnirin Appenin yarımadasında təşkili şübhə doğurmur.

Yarımfinal matçları oktyabrın 6-da və 7-də keçiriləcək. İtaliya yığmasının oyunu ilk gündə baş tutacaq. Oktyabrın 10-da isə final və 3-cü yer uğrunda matç baş tutacaq. Matçların başlama saatı püşkdən sonra elan ediləcək.