12:23 02-12-2020
news_image
95
FUTBOL

2 həftə vaxt verdilər – Zidana

İspaniyanın “Real” klubunun son oyunlardakı uğursuzluqları baş məşqçi Zinəddin Zidanın istefasını gündəmə gətirib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı mütəxəssis istefa barədə düşünmədiyini açıqlasa da, klub rəhbərliyi ona 2 həftə vaxt verib.

Mütəxəssis bu müddətdə həm Çempionlar Liqası, həm La Liqada komandanın durumunu düzəltməlidir. Artıq Zidanın mümkün əvəzləyicisinin də müəyyənləşdiyi iddia edilir. Bu, uzun müddətdir madridlilərin maraq dairəsində olduğu Maurisio Poçettinodur. İstefa baş versə, fransalını məhz argentinalı əvəzləyəcək.