12:42 02-12-2020
news_image
98
FUTBOL

Yeni baş məşqçisi bilindi – Super Liqa klubunun

Türkiyə klubu “Ərzurum BB”nin yeni baş məşqçisi bilinib.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Hüseyin Çimşirlə anlaşıb.

Komandanın mövsümə uğursuz start götürməsi çalışdırıcı Mehmet Özdilekin istefaya göndərilməsinə səbəb olub. Komanda onun rəhbərliyi altında keçirdiyi 9 oyunda cəmi 9 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində yer alıb.

Qeyd edək ki, Hüseyin Çimşir bu ilin yanvarından iyuluna qədər “Trabzonspor”a rəhbərlik edib.