
00:26
Mərakeş millisinin sabiq futbolçusu Məhəmməd Abarhun 31 yaşında vəfat edib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi uzun sürən xəstəliyə yenilib.
Ötən mövsümün sonuna qədər Türkiyədə “Rizəspor” klubunun formasını geyinən Abarhun xərçəng xəstəliyindən müalicə alsa da, bu gün vəfat edib.
Qeyd edək ki, 2013-14-cü illərdə Mərakeş millisinə çağırılan Məhəmməd Abarhun Avropada “Rizəspor”la yanaşı, Portuqaliyanın “Moreyrense” klubunda oynayıb.