13:10 02-12-2020
news_image
92
FUTBOL

İrlandiyalı yenə “Qarabağ”ın oyununda – bu dəfə evdə

Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ” – “Makkabi” oyununu idarə edəcək irlandiyalı Robert Hennessi karyerasında ikinci dəfə Azərbaycan komandasının oyununda fit çalacaq.

Apasport.az saytının məlumatına görə, FİFA referisi 2017/18 mövsümündə Gənclər Liqasının “Çelsi” – “Qarabağ” görüşünün baş hakimi olub.

Ağdam təmsilçisinin turnirdəki debüt matçı London klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinə 2 sarı vərəqə verən irlandiyalı “Qarabağ”ı 4 sarı və 1 qırmızı vərəqə ilə cəzalandırıb.

Bu ay 30 yaşını qeyd edəcək Hennessi 2017-ci ildən FİFA hakimidir. O, idarə etdiyi 25 beynəlxalq oyunda 8 qırmızı, 107 sarı vərəqə verib və 9 penalti təyin edib.

Qeyd edək ki, “Qarabağ”ın qrupdakı son ev oyunu sabah İstanbulda keçiriləcək.