13:53 02-12-2020
news_image
101
FUTBOL

Koronavirusa yoluxdu – “Sivasspor”un baş məşqçisi

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Türkiyənin “Sivasspor” klubunda koronavirusa yoluxanların sayı durmadan artır.

Apasport.az saytının məlumatına görə, indi də Super Liqa təmsilçisinin baş məşqçisi Rıza Çalımbay virusa yoluxub.

Bunu təcrübəli mütəxəssis özü bəyan edib. O bildirib ki, verdiyi testin nəticəsi pozitiv çıxıb. Bu səbəbdən Çalımbay Avropa Liqasının V turunda “Vilyarreal”la (İspaniya) sabah keçiriləcək matçda iş başında olmayacaq.

Qeyd edək ki, bu gün səhər saatlarında “Sivasspor”da 4 nəfərin koronavirusa yoluxduğu açıqlanıb.