14:16 02-12-2020
news_image
122
FUTBOL

“Qarabağ” qol vursa... - İstanbulda

Avropa Liqasının qrup mərhələsinin V turunun “Qarabağ” – “Makkabi” oyunu Azərbaycan futbolu üçün yubileylərlə əlamətdar ola bilər.

Apasport.az saytının məlumatına görə, bunun üçün Ağdam təmsilçisi sabah İsrail komandasının qapısına qol və ya qollar vurmalıdır.

Təl-Əviv təmsilçisinin qapısından keçəcək ilk top Azərbaycan klublarının Avropa Liqası (əvvəl UEFA kuboku) turnirində vuracağı 250-ci top olacaq. 1994-cü ildən bu yarışda çıxış edən komandalarımız indiyədək 249 qol vurublar.

“Qarabağ” İstanbulda keçirdiyi ev oyununda 2-ci qola da imza atsa, daha bir yubiley rəsmiləşəcək. Bu, Azərbaycan klublarının avrokuboklarda 350-ci qolu kimi tarixə düşəcək. İndiyədək komandalarımız 348 dəfə fərqləniblər.

Qeyd edək ki, həm avrokuboklarda, həm də indi Avropa Liqası adlanan əvvəlki UEFA kubokunda ilk qolumuz 1995-ci il avqustun 22-də vurulub. Yadigar Süleymanov “Kəpəz”in “Austriya” ilə Vyanadakı qarşılaşmasında (1:5) qol sevinci yaşayıb.