14:55 02-12-2020
news_image
84
FUTBOL

Baş məşqçi ilə müqaviləni uzadacaq – Premyer Liqa klubu

Tanınmış mütəxəssis David Moyesin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi fəaliyyətini bu komandada davam etdirəcək.

Klub rəhbərliyi mütəxəssislə müqaviləni uzatmağa qərar verib. Buna Moyesin uğurlu fəaliyyəti səbəb olub. Autsayder imici formalaşan komandanı ortabablar sırasına daşıyan mütəxəssis də “Vest Hem”də qalmağın tərəfdarıdır.

Qeyd edək ki, Premyer Liqanın X turundan sonra Moyesin yetirmələri 5-ci pillədə qərarlaşıb.