15:35 02-12-2020
news_image
117
FUTBOL

Afrikalı yarımmüdafiəçi ilə yeni müqavilə - “Milan”da

İtaliyanın “Milan” klubu futbolçusu Frank Yannik Kessye ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə müqaviləni uzadacaq.

Hazırkı anlaşması 2022-ci ilin yayında başa çatacaq 23 yaşlı futbolçunun oyunu Milan təmsilçisinin rəhbərliyini tam qane edir. Bu üzdən də italiyalılar afrikalını daha uzun müddətə saxlamağa qərar verib. Yaxın günlərdə tərəflər müqaviləni rəsmiləşdirəcək.

Qeyd edək ki, Kessye cari mövsüm A seriyasında 9 oyuna 3 qol vurub.