
15:28
İtaliyanın “Napoli” klubunun futbolçusu Lorenso İnsinye karyerasını doğma komandasında bitirməyə qərar verib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı futbolçu və Neapol təmsilçisi arasında yeni müqavilə ilə bağlı danışıqlara start verilib.
İndiki anlaşması 2022-ci ildə başa çatacaq İnsinyenin yeni müqavilə ilə daha çox qazanacağı gözlənilir. Onun hazırkı qazancı ildə 4,5 milyon avro təşkil edir. Bu rəqəmin 1 milyon artacağı nəzərdə tutulub.
Qeyd edək ki, Neapolda anadan olan Lorenso “Napoli”nin yetirməsidir.