18:01 02-12-2020
news_image
402
FUTBOL

Hakimi döydü - “Neftçi”nin futbolçusu

Özbəkistan futbolunda xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, yüksək liqada Ferqana “Neftçi”si ilə “Turon” arasında keçirilən oyunda baş hakim döyülüb.

Referi Şavkat Nasibullayevin yanlış qərarları ard-arda sıralamasına dözə bilməyən “Neftçi”nin bir futbolçusu tullanaraq onu təpiklə zərbəsi ilə yerə sərib. Hətta azarkeşlər də meydana daxil olaraq hakimi vurmağa cəhd ediblər.

Nasibullayev polis əməkdaşlarının köməyi ilə çətinliklə meydanı tərk edib.