22:53 02-12-2020
news_image
159
FUTBOL

Konor Makqreqorla döyüşəcək – Serxio Ramos

İspaniya yığmasının və “Real” klubunun kapitanı Serxio Ramos maraqlı hərəkətlə gündəmə gəlib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu irlandiyalı döyüşçü Konor Makqreqora meydan oxuyub.

Ramos instaqram səhifəsində idman zalından paylaşdığı videoda “hazır olanda, Konor Makqreqor” yazıb. UFC versiyası üzrə iki çəki dərəcəsinin sabiq dünya çempionunun cavabı da özünü çox gözlətməyib. Makqreqor “Hazır ol, qardaşım Serxio! Qarşıda böyük döyüş var”, deyə vurğulayıb.

Qeyd edək ki, Konor Makqreqor ən yaxın döyüşünü 2021-ci il yanvarın 23-də Dastin Poryeyə qarşı keçirəcək.