23:11 02-12-2020
news_image
120
FUTBOL

Messinin forması əlindən alınmalıdır – Maradonanın oğlunun tələbi

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın oğlu Dieqo Armando Maradona Sinaqra qeyri-adi tələblə çıxış edib.

Apasport.az saytının məlumatına görə, o, noyabrın 25-də 60 yaşında vəfat edən atasının geyindiyi nömrənin əbədiləşdirilməsini istəyib.

Sinaqra Lionel Messinin geyindiyi “Barselona”nın 10 nömrəli forması da daxil olmaqla, Maradonanın şərəfini qoruduğu bütün klublarda bu nömrənin geri alınması tələbini çatdırıb: “Bəli, bu, “Barselona” da daxil olmaqla, Maradonanın oynadığı bütün komandalarda edilməlidir”.

Qeyd edək ki, Dieqo Maradona karyerası ərzində “Argentinos Juniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuls Old Boyz” klublarında oynayıb.