23:41 02-12-2020
news_image
103
FUTBOL

“Qarabağ”la matçda nəticədən də məmnun qalacağıq” – Giorqos Donis

“Oyuna tam hazır olmalı və sabah sona qədər mübarizə aparmalıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu İsrailin “Makkabi” (Təl-Əviv) klubunun baş məşqçisi Giorqos Donis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında Azərbaycan çempionu barədə müsbət fikirlər səsləndirib: “Bizi çətin oyun gözləyir. “Qarabağ”ın yeganə çatışmazlığı bütün oyunları başqa ölkələrdə keçirməsidir. Ancaq futbol oynamağa çalışan mütəşəkkil və keyfiyyətli komandadır. Onları təhlil etmişik, həm fərdi, həm də kollektiv baxımdan necə oynadıqlarını bilirik”.

Donis növbəti mərhələyə vəsiqə qazanmaq üçün qələbə qazanmaq məcburiyyətində olduqlarını söyləyib: “Əlimizə düşən fürsəti bilirik. Bütün fikrimizi sabahkı oyuna yönəltmişik. Ümid edirəm ki, sonda nəticədən də məmnun qalacağıq”.

Qeyd edək ki, sabah İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.