00:01 03-12-2020
news_image
118
FUTBOL

Marixuana yetişdirmək üçün sərmayə yatıracaq – məşhur futbolçular

Almaniya millisinin sabiq futbolçuları Andre Şürrle və Mario Götze biznesdə özlərini sınamaq qərarına gəliblər.

Apasport.az saytının məlumatına görə, cütlük tibb sahəsinə yatırım edəcək.

Məsələ burasındadır ki, Şürrle və Götze “Sanity Group”a investisiya qoymaq fikrinə düşüb. Berlin şirkəti tibbi məqsədlər üçün marixuana yetişdirməklə məşğuldur. 2014-cü ildə yığma ilə dünya çempionu olan tanınmış futbolçular şirkət nümayəndələri ilə danışıq aparıb və layihənin inkişafında iştirak etməyə hazır olduqlarını vurğulayıblar. Şirkətin başqa bir neçə məşhur sərmayəçisi də var.

Qeyd edək ki, Andre Şürrle 29 yaşında karyerasını başa vurub. Mario Götze isə Niderlandın PSV klubunda çıxış edir.