09:15 03-12-2020
news_image
145
FUTBOL

750-ci qol və rekord – Ronaldodan

İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasında 750-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, hücumçu yubiley topuna Çempionlar Liqasının qrup mərhələsinin V turunda imza atıb.

O, Kiyev “Dinamo”su ilə ev görüşündə (3:0) fərqlənib. Ronaldo qollarından 450-ni “Real”da, 118-ni “Mançester Yunayted”də, 102-ni Portuqaliya millisində, 75-ni “Yuventus”, 5-ni “Sportinq”də vurub.

Ronaldo “Dinamo”nun qapısına yol tapmaqla rekorda da imza atıb. Bu, onun Çempionlar Liqasındakı ev oyunlarında 71-ci qolu olub. Bununla da Ronaldo 70 dəfə fərqlənən Messinin göstəricisini arxada qoyaraq turnirin rekordçusu adını ələ keçirib.