10:44 03-12-2020
news_image
98
FUTBOL

“Gələn il bir yerdə oynamalıyıq” – Neymar Messi barədə

“Ən çox istədiyim Messi ilə yenidən birlikdə oynamaqdan zövq almaqdır”.

Apasport.az saytının məlumatına  görə, bunu Fransa PSJ-sinin braziliyalı ulduzu Neymar deyib.

O, 2013-17-ci illərdə “Barselona”da birlikdə çıxış etdiyi Lionel Messi ilə komanda yoldaşı olmaq arzusundadır: “Lionel mənim mövqeyimdə də oynaya bilər. Bu, mənim üçün problem deyil. Gələn il biz mütləq bunu edib bir yerdə oynamalıyıq”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2021-ci, Neymarın PSJ ilə anlaşması 2022-ci ilin yayında başa çatacaq.